VOL

AZƏRBAYCAN DÜNYA ÇEMPİONATİNDA

Azərbaycan uzun fasilədən sonra yenidən voleybol üzrə Dünya Çempionatına vəsiqə qazanıb. Bu şərəfə qadınlardan ibarət millimiz layiq görülüb. Bakıda təşkil edilən mundialın sonuncu təsnifatında J qrupunun mübarizəsində komandamız hamıdan güclü olub. İsrail və Estoniyanı məğlub edən voleybolçularımız serblərə də eyni aqibəti yaşadıblar. Bu gün voleybol mərkəzində baş tutmuş qrupun əsas qarşılaşmasında Azərbaycan və Serbiya üz-üzə gəliblər. Qonaqlar favorit hesab olunsalar da, yığmamız öz gücünü göstrib. 5 setlik gərgin mübarizədən sonra Faiq Qarayevin yetirmələri meydandan qalib ayrılıblar. Qeyd edək ki, günün digər oyununda İsrail estonları quru hesabla yenib.

Möhtəşəm azarkeş dəstəyi ilə möhtəşəm qələbə qazaanan milli 2014-cü ildə sentyabrın 23-dən oktyabrın 12-nə kimi davam edəcək Dünya Çempionatına vəsiqəni təmin edib.

Təbriklər və təşəkkürlər Milli.

Dünya Çempionatı, təsnifat
J qrupu
5 yanvar

İsrail – Estoniya 3:0 (25:21, 25:20, 25:18)
AZƏRBAYCAN - Serbiya 3:2 (19:25, 25:18, 18:25, 25:16, 18:16)

 

Posted in Uncategorized.

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>