ÇEMPİONLAR LİQASI

 

Qadın voleybolçular arasında Çempionlar Liqasının Bakıda keçiriləcək “Dördlər finalı”nın oyunlarının başlama saatı açıqlanıb. “Rabitə”nin ev sahibliyi edəcəyi həlledici mərhələ Türkiyə derbisi ilə başlayacaq.

Belə ki, martın 15-də açılış qarşılaşması, saat 16:00-da yarışın son qalibi “Vakıfbank”la “Əczaçıbaşı” arasında olacaq. Ardınca meydana Azərbaycan çempionu çıxacaq. “Rabitə” saat 19:00-da start götürəcək oyunda Kazan “Dinamo”sunu sınağa çəkəcək.

Ertəsi gün də matçlar eyni saatda təşkil olunacaq. Öncə bürünc mükafatçı, sonra çempion bilinəcək.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>