Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb.
F qrupunda ev sahibləri, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.
Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona köməkliyi Dilqəm Qəhrəmanov, Akif Vəliyev edəcəklər.
Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitriy, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yegor, RzazadəMirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.
AVRO-2021-in seçmə mərhələsi
F qrupuI dövrəI tur, 7 may
Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
II tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
III tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan
II dövrəIV tur, 14 may
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
V tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
VI tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro