Kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Vaqner Memorial” turnirində ştirak edəcək

İyulun 9-11-də Polşada təşkil olunacaq “Vaqner Memorial” turnirində iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Polşaya yola düşüb.
Turnirdə millimizin rəqibləri Misir, Norveç və ev sahibi Polşa yığmaları olacaq. Komandamız ilk matçını iyulun 9-da Misir millisinə qarşı keçirəcək.
9 iyul
17:00. MİSİR-AZƏRBAYCAN
10 iyul
20:00. POLŞA-AZƏRBAYCAN
11 iyul
15:00. Norveç-AZƏRBAYCAN