Avropa Voleybol Konfederasiyasından növbəti təyinatlar

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

İsmayılova Ukraynanın Zaparoji şəhərində qadın voleybolçular arasında “SK PROMETEY”(Ukrayna) - “Kamnik” (Sloveniya) klublarının ilk qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Çempionlar Liqasının 2-ci raundunun görüşü oktyabrın 7-də “YUNOST” İdman salonunda baş tutacaq.

Qeyd edək ki, görüşün hakimləri bolqarıstanlı Konstantin Yovçev və finlandiyalı Ari Jokelainendir.