2018-2019 "I liqa " kişilər

9 komandanın (U-16, Sumqayıt, Hərbi Akademiya, UNEC, Azəri, Masallı, Taleh A.T, Express, BDU)  iştirakı ilə keçirilən voleybol üzrə Azərbaycan Çempionatı I Liqa (kişilər) yarışlarında 03 mart tarixində final oyunları keçiriləcək.  İki qrupdan ibarət olmaqla keçirilən yarışda yarım finala A qrupundan Sumqayıt, Hərbi Akademiya, B qrupundan isə Taleh A.T, Express komandaları yüksəlmişdilər. Yarım  finalda Express- Sumqayıt (3-0, 25-17, 25-15, 28-26 ) , Hərbi Akademiya- Taleh A.T (0-3, 23-25, 12-25, 24-26) komandaları görüşmüşdülər. 

Bu gün 03 mart 2019-cu il tarixində final mərhələsində III yer uğrunda Sumqayıt – Hərbi Akademiya komandaları qarşılaşdılar ilk hissədə Hərbi Akademiya komandası qalib gəlsə də növbəti hissələrdə Sumqayıt komandası qalib gəldi. (1-3. 25-23, 22-25, 19-25, 22-25).

Qızıl medallar uğrunda isə Taleh A.T komandası və Express komandaları qarşılaşdı. Gərgin keçən mübarizədən Taleh A.T komandası qalib ayrıldı 3-2 (25-21, 25-21, 26-28, 15-25, 15-12). Beləliklə voleybol üzrə kişilər arasında keçirilən Azərbaycan Çempionatı (I liqa) sona çatdı.

Oyunlardan dərhal sonra qalib gələn komandalara medal və kubok təqdim olundu. Medalları və kuboku AVF rəsmiləri təqdim etdilər: (AVF prezidentinin müşaviri) Əbülfəz Hüseynov, (İdman şöbəsinin müdiri) Elnur Məmmədov, (Baş kordinator) Zöhrab Gözəlbəyli, (Menecer ) Oqtay Musayev. 

Taleh A.T komandasının Baş məşqçisi: Bəhram Məmmədov- ilk olaraq finalda oynayan hər iki komandanı təbrik edirəm. Gözəl oyun oldu, bizim komandada daha təcrübəli oyunçular oynamağına baxmayaraq bu gün Express komandasının oyunçuları gözəl oynadılar. Mən komanadmız adından AVF rəhbərliyinə, eləcə də komanadamıza maddı və mənəvi dəstək olara şəxslərə minnəttarlığımı bildirirəm.

Taleh A.T komandasının oyunçusu: Ziya Rəcəbov- gördüyünüz kimi maraqlı əsil final oyunu oldu. Gənclərimizi təbrik edirəm. Bu gün Express oyunçuları blokda, hücümda, müdafiədə hər zonada gözəl oynadılar. Biz bu görüşdə öz təcrübəmiz sayəsində qalib gəldik. Bizi təstəkləyən hər kəsə təşəkkür edirəm edirəm.

Qeyd edək ki, oyunlar UNEC (İqtisad universitetinin idman zalı) da keçirildi.