Avropa Voleybol Konfederasiyasından növbəti təyinatlar

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü  Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Frişman Belarusiyanın paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının II raundunun “Minçanka Minsk” (BEL) – “Olimpiacos Piraeus” (GRE) klublarının ikinci qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oktyabrın 14-də “Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsovdur.

Qeyd edək ki, “Olimpiacos Piraeus” (GRE) - “Minçanka Minsk” (BEL)  komandalarının ilk qarşılaşmasında yunanlar 3-2 hesabı ilə qalib gəliblər.