Olimpiya təsnifat mərhələsinə hazırlıqlar başladı

Voleybol üzrə qadınlardan ibarət millimiz, Qızıl Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra oyunçulara 1 həftəlik istirahət verilmişdir.

 01-03 avqust 2019-cu il tarixlərində Brazilyada təşkil olunan 2020 Olimpiya təsnifat mərhələsində iştirak edəcək komandamız bu gün məşqlərə start verdi. Bildiyiniz kimi Qızıl Avropa Liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər idi. Olimpiya təsnifat oyunlarında meydançada millimizin bütün oyunçularını görə bilərik. Bu gün demək olar ki, yığmamızın bütün oyunçuları Voleybol Mərkəzində  məşqlərə qoşulublar. Milli komandamız iki komanda şəklində məşqləri keçir, Olimpiya təsnifat mərhələsində iştirak edəcək oyunçuları, milli komandanın baş məşqçisi Covanni Kaparara hzırda məşq edən iki komandadan seçiləcəkdir.

Qeyd edək ki,  millimiz D qrupunda Dominikan Respublikası, Kamerun, Brazilya yığmaları ilə bir qrupda mübarizə aparacaq.