Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək.
2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşdü. Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama matçı da keçirəcək.
Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.
Qeyd edək ki, voleybolçularımız Təsnifat Turnirində ev sahibləri ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq. Qarşılaşmalar avqustun 1-3-də olacaq.