Milli komandamız ölkə xaricində təlim-məşq toplantısını davam edir.

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplantısını davam edir. 

2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız bu gün (15.07.19) Bolqarıstanda təşkil olunan təlim-məşq toplantısını bitirərək Rusiya Federasiyasına yola düşmüşdür. Komandamız Bolqarıstanda təlim-məqş toplantısı ərəfəsində 2 dəfə Bolqarıstan milli komandası ilə yoxlama oyunu da keçirmişdir AZE-BUL (1-3) 23-25, 19-25, 25-21, 25-27.  AZE - BUL 3-1 (25-23, 25-14, 17-25, 25-21).

Rusiyada va daha sonra Türkiyədə də təlim-məşq toplanışına davam edəcək qızlarımız Rusiya millisilə də bir neçə yoxlama matçı keçirəcəkdir.

Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.