Avropa Gənclər Olimpiya Festivalı

21 iyul 2019-cu il tarixində paytaxtımızda daha bir möhtəşəm idman yarışına start verilmişdir.

 XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılıb. Festivalda, ölkəmizdən 10 növdə 122 idmançı iştirak edir. Voleybol yarışlarında isə vətənimizi gənc oğlanlarda ibarət milli yığma komandamız təmsil edir.

Avropa Gənclər Festivalının açılış mərasimi və bir çox idman növlərində ilk yarış günü 21 iyul olmasına baxmayaraq, voleybol yarışları bu gün (22.07.19) start götürdü. Gənc oğlanlardan ibarət Azərbaycan milli komandası ilk oyununu Almaniya yığmasına qarşı keçirdi. A qrupunda çıxış edən yığmamızın ilk oyunu qonaqların qələbəsi ilə nəticələndi – 3:0 (31:29, 25:19, 25:22). Millimiz 23 iyulda Belarus komandası ilə qarşılaşacaq. Oyun 16:30-da FHN İdman Arenasında başlayacaq.

Bildiyiniz kimi voleybol idman növündə 8 oğlan, 8 qız komandası iştirak edir. Oyunlar iki arenada keçirilir: Dərnəgül Voleybol Mərkəzi və FHN İdman Arenası.

 

Oyunların nəticələri:

22.07.2019

Oğlanlar

Qrup (A)

11:30   Belarus – Rusiya 0-3 (20-25. 21-25. 20-25)

16:30   Azərbaycan – Almaniya 0-3 (29-31, 19-25, 22-25)

Qrup (B)

14:00   Bolqarıstan – İtaliya 3-2 (25-23. 25-21. 19-25. 21-25. 15-11)

19:00   Belçika – Çexiya 3-1 (25-23, 19-25, 25-22, 25-16)

Qızlar

Qrup (A)

11:30   Rumıniya – Bolqarıstan 3-1 (25-23. 25-18. 16-25. 25-12)

16:30   Ukrayna – Rusiya 0-3 (17-25, 17-25, 13-25)

Qrup (B)

14:00   Belarus – Türkiyə 3-0 (30-28. 25-22. 26-24)

19:00   Almaniya – İtaliya 0-3 (20-25, 13-25, 20-25)