Milli komandalarımız Avropa Liqasında iştirak edəcəklər

Voleybol üzrə milli yığma komandalar arasında keçirilən “Avro Liqa” yarışları son bir neçə ildə öz formatında dəyişikliklər edib.

Belə ki, Avropa üzrə reytinqi yüksək olan komandalar “Qızıl”, digər komandalar isə “Gümüş” Avro Liqa yarışında iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ilin may-iyun aylarında voleybol üzrə qadınlardan ibarət milli komandamız “Qızıl Avro Liqa”da, kişilərdən ibarət milli komandamız isə “Gümüş Avro Liqa”da iştirak edəcəklər.