Zaur Hacıyev “Dinamo” (Kazan, Rusiya) - “Potsdam” (Almaniya) matçına hakimlik edəcək

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib.

Təmsilçimiz bu dəfə qadın voleybolçular arasında keçirilən CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq.

O, “Dinamo” (Kazan, Rusiya) ilə “Potsdam” (Almaniya) arasında cavab görüşündə ikinci hakim funksiyasını yerinə yetirək. Dekabrın 18-də Kazanda baş tutacaq oyunda əsas referi isə türkiyəli Bülənt Bozkurt olacaq. Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında rusiyalılar 3:2 hesabı ilə qalib gəliblər.