Ölkə çempionatı davam edir

Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında növbəti görüş yanvarın 31-də keçiriləcək.

I dövrə çərçivəsində baş tutacaq qarşılaşmada “UNEC” “Abşeron”u sınağa çəkəcək.

Saat 17:00-da başlayacaq görüş Dərnəgül Voleybol Mərkəzində keçiriləcək.