Azərbaycan Çempionatında mübarizə aparacaq klublar

Dekabr ayının 14-də 2019-2020-ci il mövsümü üçün qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan Çempionatının “Yüksək” və “Super” liqa yarışlarına start veriləcək. Dərnəgüldə yerləşən “Voleybol Mərkəzi”ndə ilk olaraq Çempionatın açılış mərasimi daha sonra isə “Yüksək” və “Super” liqa yarışlarının ilk dövrəsinin oyunları keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Çempionatı “Super” liqa yarışlarında 6 komanda iştirak edəcək (Azərreyl, Lokomotiv, Abşeron, Mübariz, UNEC, Gürcüstan). “Yüksək” yarışlarında isə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq (Neftçi, Murov, Express, Azərreyl, MOİK, Xilasedici, Sərhədçi, Gürcüstan). Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və play off mərhələsindən ibarət olacaq.