Təxirə salınan matçlar martın 13-dən etibarən oynanılmağa başlanılacaq

 

Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqa və I  Liqa yarışları davam etdiriləcək. Azərbaycan Voleybol Federasiyasının (AVF) qərarına əsasən, təxirə salınan matçlar martın 13-dən etibarən oynanılmağa başlanılacaq.

Lakin əvvəlki turlardan fərqli, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.

AVF-nin digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq.

Azərbaycan çempionatı

Yüksək Liqa, kişilər

13 mart

15:00. MOİK – “Neftçi”
Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

17 mart

15:00. “Neftçi” – “Xilasedici”
Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Exspress”
Dərnəgül Voleybol Mərkəzi

18 mart
16:00. “Azərreyl” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

27 mart
14:00. “Murov” – “Xilasedici”
Dərnəgül Voleybol Mərkəzi

16:00. “Neftçi” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

Qeyd edək ki, koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən martın 4-10-da keçirilməli olan bütün matçlar təxirə salınmışdı.