Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib. Onun burada təmsil olunması Avstriyanın paytaxtı Vyanada keçirilən 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib.

 

İdarə Heyətində 19 nəfər yer alıb. Onların 4-ü ikinci dəfə qurumun prezidenti seçilən serbiyalı Aleksandr Boriçiç tərəfindən müəyyənləşib. Digər üzvlər isə səsvermə ilə bu hüquqa sahib olublar. 21 nəfərin namizədliyi  olan   səsvermədə Cəlil Cəfərov ikinci mərhələdə İdarə Heyətində  yer almaq şansı qazanıb. Belə ki, ilkin mərhələdə 23 səs toplayan Cəfərov “13-lük” yer ala bilməyib. 8 namizədin iştirak etdiyi ikinci mərhələdə  25 səs toplayan AVF-nin baş katibi İdarə Heyətinə üzv seçilib. C.Cəfərov  həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək ilk dəfə (CEV) İdarə Heyətində  üzvlüyünü rəsmiləşdirib.

Bu gün tərkibində 56 federasiya olan  Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinə Azərbaycan Voleybol Federasiyasının baş katibinin seçilməsi böyük uğurdur. Bu uğurlu seçim münasibəti ilə Azərbaycan Volybol Federasiyasını, voleybol ictimaiyyətini təbrik edirik. Hər zaman avropa, dünya ölkəmizi idman ölkəsi kimi tanıyıb və tanıyır. İnanırıq ki, Ölkə başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti, Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində idmanda və bütün sahələrdə böyük uğurlar əldə ediləcəkdir.  

 

  1. Aleksandar Borichich (SRB) – CEV President
  2. Eric Adler (DEN)
  3. Renato Arena (ITA)
  4. Zdeslav Barac (CRO)
  5. Geert De Dobbeleer (BEL)
  6. Michel Everaert (NED)
  7. Margaret Ann Fleming (SCO)
  8. Lubomir Ganev (BUL)
  9. Lubor Halanda (SVK)
  10. René Hecht (GER)
  11. Jalil Jafarov (AZE)
  12. Emma Labrador (GIB)
  13. Gernot Leitner (AUT)
  14. Lennart Neovius (SWE)
  15. Miroslaw Przedpelski (POL)
  16. Metod Ropret (SLO)
  17. Stanislav Shevchenko (RUS)
  18. Eric Tanguy (FRA)
  19. Gudmundur Helgi Thorsteinsson (ISL)