Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzun sıralarında voleybolçularımız da olub

Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzun sıralarında voleybolçularımız da olub. Son mövsümü “Sərhədçi” komandasında oynayan 25 yaşlı ehtiyatda olan leytenant Rəhmətov Çingiz Raqif oğlu 21 sentyabrdan vətənin keşiyindədir. Masallıda doğulan voleybolçu öncə təlimlərə qatılıb, ardınca – sentyabrın 27-dən döyüşlərə iştirak edib.Topçu olan Çingiz hazırda da xidmətini davam etdirir. O, Cəbrayıl, Hadrut və Şuşa uğrunda döyüşlərdə böyük şücaət göstərib. Leytenant kimi Ordumuza qoşulan Rəhmətov 2016-cı il aprel döyüşlərində də iştirak edib.
“Azərreyl”in 21 yaşlı voleybolçusu Əzimov Cavid Niyazi oğlu da hələ Qarabağda xidmətini davam etdirir. 21 sentyabrda təlimlərə qoşulan Cavid ardınca aktiv döyüşlərə iştirak edib. O, Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, düşmənin torpağımızdan qovulmasında öz bacarığını nümayiş etdirib.
Bizə qələbə sevinci yaşadan Ali Baş Komandanımızın, hər bir əsgərimizin qarşısında baş əyirik!
Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.
QARABAĞ AZƏRBAYCANDIR!