Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının vaxtı açıqlanıb

Kişi voleybolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Yığmamız F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan millilərinə qarşı mübarizə aparacaq. Reqlamentə əsasən oyunlar iki dövrədən ibarət olacaq. Birinci dövrə Gürcüstanda, ikinci dövrə isə Montenegroda baş tutacaq. Millimiz ilk matçını may ayının 7-də Gürcüstanda Montenegro yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I dövrə (Gürcüstan)
I tur, 7 may

Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
II tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
III tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan
 
II dövrə (Monteneqro)
IV tur, 14 may

Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
V tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
VI tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro