Qadın voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib. AVF-nin idman zalında IV turun “Gənclər” - “Gəncə” və V turun “AZERRAIL” - “Abşeron” qarşılaşmaları baş tutub. “Gəncə” 3:0, “Abşeron” komandası isə 3:2 hesabı ilə görüşün qalibi olublar.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında V turun oyunları keçirilib.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında V turun oyunları keçirilib. UNEC VK-nın idman zalında UNEC və “Turan” komandaları, Milli Aviasiya Akademiyasının idman zalında isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər.
“Turan” və “Milli Aviasiya Akademiyası” komandaları rəqiblərini 3:0 hesabı ilə məğlub edərək, turu qələbə ilə başa vurublar.
Yüksək Liqa (qadınlar)
4 dekabr
V tur
UNEC - “Turan” 0:3 (13:25, 20:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:0 (25:18, 30:28, 25:15)
Bu gün qadın voleybolçuların Yüksək Liqasında V turun oyunu keçirilib.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında V turun oyunu keçirilib. AVF-nin idman zalında təşkil olunan görüşdə “DH Volley” və “Gənclər” komandaları üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “DH Volley” oyunun qalibi olub.
Yüksək Liqa (qadınlar)
3 dekabr
V tur
“DH Volley” - “Gənclər” 3:0 (25:10, 25:9, 25:12)
Bu gün kişi voleybolçuların Yüksək Liqasında V turun oyunları keçirilib.
Bu gün kişi voleybolçuların Yüksək Liqasında V turun oyunları keçirilib.
AVF-nin idman zalında “AZERRAIL” və “Neftçi”, Abşeron OİK-də “Gənclər” və “ORDU”, FHN-nin idman zalında isə “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Hər üç oyunda qalib dörd setdə müəyyən olunub. “Neftçi”, “ORDU” və “Xilasedici” komandaları turu qalib başa vurublar.
Yüksək Liqa (kişilər)
3 dekabr
V tur
“AZERRAIL” - “Neftçi” 1:3 (18:25, 25:20, 17:25, 25:27)
“Xilasedici” - “Murov Az Terminal” 3:1 (25:21, 23:25, 25:20, 25:23)
“Gənclər” - “ORDU” 1:3 (25:23, 16:25, 19:25, 21:25)
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə yeni təyinat göndərib.
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə yeni təyinat göndərib.
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov dekabrın 4-də Fransada keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “LEVALLOIS PARIS Cloud” (Fransa) və “KS Developre RZESZOW” (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini portuqaliyalı Ricardo Ferreira icra edəcək.
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Həmyerlimiz qadın voleybolçuların CEV Kubokunda Yunanıstanın “AC PAOK Thessaloniki” və Sloveniyanın “OTP Banka Branik Maribor” komandaları arasında keçiriləcək oyunu baş hakim kimi idarə edəcək. Matçın ikinci hakimi isə polşalı Piotr Krol olacaq.
Qeyd edək ki, oyun 3 dekabr tarixində Yunanıstanda keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
Z.Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Galatasaray” və Portuqaliyanın “FC Porto” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Dekabrın 3-də İstanbulda keçiriləcək qarşılaşmanın hakimləri italiyalı Mauro Carlo Goitre və finlandiyalı Marko Oravainen olacaq.
“DH Volley” VK-nın baş məşqçisi Fərid Calalov
“DH Volley” VK-nın baş məşqçisi Fərid Calalov
“Hazırda çempionat oyunları zamanı komandaların əksəriyyətinin bərabər səviyyədə olduğunu müşahidə edirik. Bu, çempionat oyunlarını daha maraqlı və baxımlı edir. Komandamızın oyunlarına gəldikdə isə, son iki oyunumuzun nəticələrinə əsasən deyə bilərəm ki, qarşıdakı matçlarımız daha gərgin keçəcək. Təbii ki, nəticədə güclü olan qalib gələcək.”
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
M.Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda Yunanıstanın “Olympiacos PIRAEUS” və Türkiyənin “Eczacıbaşı İSTANBUL” klubları arasında keçiriləcək qarşılaşmada supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Maciej Twardowski olacaq.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib.
Bu gün Gəncə İdman Sarayında keçirilən VI turun qarşılaşmasında “DH Volley” komandası “Gəncə” klubunun qonağı olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşün qalibi dörd setdə müəyyənləşib, “DH Volley” komandası oyundan 3:1 hesabı ilə qalib ayrılıb.
Yüksək Liqa (qadınlar)
29 noyabr
VI tur
“Gəncə” - “DH Volley” 1:3 (18:25, 17:25, 25:17, 17:25)
Kişi voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulub.
Kişi voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulub.
Bu gün “Murov Az Terminal” VK-nın idman zalında keçirilən turun son qarşılaşmasında “Gənclər” komandası “Murov Az Terminal”ın qonağı olub. Oyunun qalibi dörd setdə müəyyən olunub. Ev sahibi 3:1 hesabı ilə “Gənclər” komandasına qalib gəlib.
Qeyd edək ki, turun digər oyunlarında “ORDU” komandası “AZERRAIL”i 3:1 hesabı ilə, “Neftçi” isə “Xilasedici”ni 3:0 hesabı ilə məğlub edib.
Çelenc Kubokunda ölkəmizi təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının növbəti mərhələdəki oyunlarının tarixi bəlli olub.
Çelenc Kubokunda ölkəmizi təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının növbəti mərhələdəki oyunlarının tarixi bəlli olub.
Təmsilçimiz 1/16 final mərhələsində ilk oyununu dekabrın 9-da Bakıda Belçikanın “Lindemans” klubuna qarşı keçirəcək.
Cütün cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada təşkil olunacaq.
Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan komandamız bu raundda Rumıniyanın “Steaua” klubuna qalib gələrək 1/16 finala yüksəlib.
Çelenc Kuboku - 1/16 final
İlk oyun
09.12.2025
18:00. “Xilasedici” - “Lindemans”
FHN-nin idman zalı
Cavab oyunu
07.01.2026
20:30. “Lindemans” - “Xilasedici”
Belçika
Bu gün qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib. IV tur çərçivəsində Tovuz təmsilçisi “Turan” klubu “DH Volley” komandasını qəbul edib. Tovuz OİK-də təşkil olunan qarşılaşma gərgin mübarizə şəraitində keçib. Ev sahibi “Turan” oyunu 3:1 hesabı ilə qalib başa vurub.
Qeyd edək ki, IV turun son oyunu dekabrın 5-də “Gənclər” və “Gəncə” komandaları arasında keçiriləcək.
Yüksək Liqa (qadınlar)
IV tur
26 noyabr
“Turan” - “DH Volley” 3:1 (25:13, 20:25, 25:17, 25:23)
Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın növbəti oyunlarının proqramı.
Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın növbəti oyunlarının proqramı.
Yüksək Liqa (qadınlar)
29 noyabr
VI tur
17:00. “Gəncə” - “DH Volley”
Ünvan: Gəncə İdman Sarayı
Yüksək Liqa (kişilər)
3 dekabr
V tur
16:00. “AZERRAIL” - “Neftçi”
Ünvan: AVF-nin idman zalı
17:00. “Xilasedici” - “Murov Az Terminal”
Ünvan: FHN-nin idman zalı
17:00. “Gənclər” - “ORDU”
Ünvan: Abşeron OİK
Yüksək Liqa (qadınlar)
3 dekabr
V tur
18:00. “DH Volley” - “Gənclər”
Ünvan: AVF-nin idman zalı
4 dekabr
V tur
17:00. UNEC - “Turan”
Ünvan: UNEC VK-nın idman zalı
V tur
17:00. “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal”
Ünvan: MAA VK-nın idman zalı
5 dekabr
IV tur
16:00. “Gənclər” - “Gəncə”
Ünvan: AVF-nin idman zalı
V tur
18:00. “Abşeron” - “AZERRAIL”
Ünvan: AVF-nin idman zalı
Avropa Voleybol Konfederasiyasının AVRO-2026 (CEV EUROVOLLEY 2026) üzrə Təşkilat Komitəsinin nümayəndələri və turnirin yayım tərəfdaşı “Infront” şirkətinin əməkdaşları noyabrın 25-də Bakıda səfərdə olublar.
Avropa Voleybol Konfederasiyasının AVRO-2026 (CEV EUROVOLLEY 2026) üzrə Təşkilat Komitəsinin nümayəndələri və turnirin yayım tərəfdaşı “Infront” şirkətinin əməkdaşları noyabrın 25-də Bakıda səfərdə olublar. Qitə birinciliyində ölkəmizin ev sahibi olduğu C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasının texniki imkanları, infrastruktur, komanda və media zonaları, televiziya yayım üçün nəzərdə tutulmuş məkanlar, azarkeşlər üçün xidmət sahələri nümayəndələrə təqdim edilib. Qonaqlara görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri ilə bağlı məlumatlar verilib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.
Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
Təcrübəli mütəxəssis qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək. Parxomenko noyabrın 27-də İstanbulda baş tutacaq THY İstanbul – Avarca Menorca qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib. “Murov Az Terminal” komandası öz meydanında UNEC klubunu qəbul edib. “Murov Az Terminal” VK-nın idman zalında baş tutan oyundan UNEC 3:1 hesabı ilə qalib ayrılıb.
Yüksək Liqa (qadınlar)
IV tur
“Murov Az Terminal” - UNEC 1:3 (24:26, 25:18, 19:25, 17:25)
Bu gün qadın voleybolçuların Yüksək Liqasında IV turun ilk oyunu keçirilib.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında IV turun ilk oyunu keçirilib. “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” komandaları arasında baş tutan görüş “Milli Aviasiya Akademiyası” VK-nın idman zalında təşkil olunub. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Milli Aviasiya Akademiyası” matçın qalibi olub.
Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlar 25–26 noyabr tarixlərində keçiriləcək.
Yüksək Liqa (qadınlar)
IV tur
24 noyabr
“Milli Aviasiya Akademiyası” – “AZERRAIL” 3:2 (25:17, 21:25, 21:25, 25:19, 16:14)
Voleybol üzrə 18 yaşadək qızlardan ibarət milli komandamızın EEVZA çempionatındakı çıxışı barədə baş məşqçi Şahin Çatmanın fikirləri:
Voleybol üzrə 18 yaşadək qızlardan ibarət milli komandamızın EEVZA çempionatındakı çıxışı barədə baş məşqçi Şahin Çatmanın fikirləri:
“Qrupumuzda Polşa və Gürcüstan komandaları ilə qarşılaşdıq. İlk oyunda keçən il Avropa çempionu olmuş Polşaya 0:3 hesabı ilə uduzduq. Sonra ev sahibi Gürcüstanla qarşılaşdıq. Belə turnirlərdə ev sahibi komandaya qarşı oynamaq çətindir, amma qızlarımız bu oyunda çox yaxşı çıxış edərək 3:1 hesabı ilə qalib gəldilər və qrupu ikinci yerdə başa vurduq.
Daha sonra digər qrupun ikincisi Estoniya ilə qarşılaşdıq və 0:3 hesabı ilə məğlub olduq, turniri 4-cü yerdə tamamladıq. Hər turnir idmançılar üçün böyük təcrübə və inkişaf imkanıdır. Deyə bilərəm ki, bu turnirdən də komandamız lazım olan təcrübəni qazandı”.