Bu gün kişi voleybolçuların Yüksək Liqasında V turun oyunları keçirilib.
AVF-nin idman zalında “AZERRAIL” və “Neftçi”, Abşeron OİK-də “Gənclər” və “ORDU”, FHN-nin idman zalında isə “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Hər üç oyunda qalib dörd setdə müəyyən olunub. “Neftçi”, “ORDU” və “Xilasedici” komandaları turu qalib başa vurublar.
Yüksək Liqa (kişilər)
3 dekabr
V tur
“AZERRAIL” - “Neftçi” 1:3 (18:25, 25:20, 17:25, 25:27)
“Xilasedici” - “Murov Az Terminal” 3:1 (25:21, 23:25, 25:20, 25:23)
“Gənclər” - “ORDU” 1:3 (25:23, 16:25, 19:25, 21:25)