Bu gün qadın voleybolçuların Yüksək Liqasında V turun oyunları keçirilib. UNEC VK-nın idman zalında UNEC və “Turan” komandaları, Milli Aviasiya Akademiyasının idman zalında isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər.
“Turan” və “Milli Aviasiya Akademiyası” komandaları rəqiblərini 3:0 hesabı ilə məğlub edərək, turu qələbə ilə başa vurublar.
Yüksək Liqa (qadınlar)
4 dekabr
V tur
UNEC - “Turan” 0:3 (13:25, 20:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:0 (25:18, 30:28, 25:15)