Çimərlik voleybolu üzrə açıq Azərbaycan çempionatının qalibi “Xəzri”nin oyunçusu Yuliya Jernova:
                                  Azərbaycan Voleybol Federasiyası
Çimərlik voleybolu üzrə açıq Azərbaycan çempionatının qalibi “Xəzri”nin oyunçusu Yuliya Jernova:

Çimərlik voleybolu üzrə açıq Azərbaycan çempionatının qalibi “Xəzri”nin oyunçusu Yuliya Jernova:

- Hər il ölkəmizdə keçirilən çimərlik voleybolu yarışlarında iştirak edirəm. Bu il də “Xəzri” komandası olaraq yarışa qoşulduq və çempionatın qalibi olduq. Gərgin və maraqlı oyunlarımız oldu. Fərqli komandalara qarşı mübarizə apardıq. Bəzi cütlüklərdəki oyunçuları ilk dəfə görsəm də, çox gözəl mübarizə apardılar. Sevindirici haldır ki, bir neçə il əvvəl gənc və təcrübəsiz olanlar bu gün daha yaxşı və əzimkar oyun göstərdilər.

Azərbaycanda çimərlik voleybolu üçün hər cür şərait var. Çox istərdim ki, yenidən ölkəmizdə bu növ inkişaf etsin və biz, həmçinin yeni gənc nəsil ölkəmizi beynəlxalq yarışlarda təmsil edək.