Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gwn təlim-məşq toplanışını yekunlaşdırıb
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gwn təlim-məşq toplanışını yekunlaşdırıb

Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Mayın 15-də Bakıda başlayan hazırlıq bu gün yekunlaşıb.

Millimiz AVRO-2023-ün təsnifat mərhələsində ilk rəsmi matçını avqustun 3-də Danimarka yığmasına qarşı keçirəcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, yığmamız AVRO-2023-ün təsnifat oyunlarında A qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Təqvim

A QRUPU

3 avqust

Bakı / Voleybol Mərkəzi

18:00. Azərbaycan – Danimarka

 CBC SPORT

6 avqust

Bakı / Voleybol Mərkəzi

18:00. Azərbaycan – Türkiyə

CBC SPORT

17 avqust / İstanbul

17:30. Türkiyə - Azərbaycan

20 avqust / Middelfart

19:00. Danimarka – Azərbaycan