Millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb.
                                  Azərbaycan Voleybol Federasiyası
Millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüş 25:22 hesabı ilə qonaqların qələbəsi ilə başlayıb. İkinci seti 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin 25:16, 25:16 və matçın qalib olub - 3:1.

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

????????Azərbaycan - ????????Danimarka 1:3 (22:25, 25:23 16:25, 16:25)