İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarında qarşılaşmaların təqvimi açıqlanıb
                                  Azərbaycan Voleybol Federasiyası
İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarında qarşılaşmaların təqvimi açıqlanıb

Avqustun 9-18-də Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarında qarşılaşmaların təqvimi açıqlanıb. Proqrama əsasən Azərbaycan milli komandalarının oyunlarının da başlama saatı dəqiqləşib.

B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığmamız start görüşündə Seneqalla oynayacaq. Matç oyunların rəsmi açılışından 1 gün əvvələ təsadüf edəcək.

Kişi voleybolçulardan ibarət milli isə avqustun 9-da meydana çıxacaq. A qrupunda oynayacaq yığma Sudanı sınağa çəkəcək.

İslam Həmrəyliyi Oyunları

Qadınlar

B qrupu

8 avqust

16:00. Seneqal - Azərbaycan

10 avqust

13:00. Əfqanıstan - Azərbaycan

12 avqust

13:00. Kamerun - Azərbaycan

Kişilər

A qrupu

9 avqust

10:00. Sudan - Azərbaycan

11 avqust

19:00. Azərbaycan - Kamerun

13 avqust

16:00. Azərbaycan - Mərakeş

Qeyd: saatlar Türkiyə vaxtı ilə göstərilib.