Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Eldar Yusubov:
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Eldar Yusubov:

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Eldar Yusubov:

 

- İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığımız yüksək səviyyədə keçdi. İki aydan çox idi ki, təlim-məşq toplanışlarımız davam edirdi. Bakıda, Mingəçevirdə və Sloveniyada hazırlıq keçdik. İlkin məşqlərə 30 voleybolçu cəlb olunmuşdu, geniş heyətlə fiziki və texniki çalışmalar etdik. Ardınca yoxlama matçları oynadıq. Sloveniyada yerli yığma komanda ilə iki oyunda gücümüzü yoxladı. Plana əsasən Mariborda Kamerun yığması ilə də qüvvəmizi sınamalı idik. Lakin onların Sloveniyaya gəlməməsi səbəbindən görüşlər baş tutmadı. Yoxlama matçlarının çox olmasını istəyirdik. Çünki məhz həmin zaman çatışmazlıqları aradan qaldırma mümkün olur. Keçirdiyimiz yoldaşlıq oyunlarına gəlincə, komandanın çıxışından razıyam. Hər qarşılaşmada voleybolçular özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün millimizin ehtiyat oyunçuları da yaxşı formadadırlar. Bu bizim üçün çox vacibdir.

İslam Həmrəyliyi Oyunlarında əziyyətimizin bəhrəsini görəcəyimizə əminəm. Artıq avqustun 5-də yarışın keçiriləcəyi Konyaya yola düşürük. İlk matçımızı Seneqala qarşı keçirəcəyik. Rəqiblərimizi analiz etmişik və düşünürəm ki, yaxşı nəticə əldə edəcəyik. İslamiadanın ardınca isə Bakıya qayıdıb, avqustun 20-də AVRO-2023-ün təsnifat mərhələsində ilk matçımıza çıxacağıq.

İnanıram ki, hər iki yarışda yüksək nəticələr əldə edib, azarkeşlərimizi sevindirəcəyik.