Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb. Eldar Yusubovun rəhbərlik etdiyi yığma ilk matçda Seneqalla üz-üzə gəlib. 

Oyun komandamızın qələbəsi ilə başa çatıb. İlk setdə 25:7 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:6, 25:10. Beləliklə, milli ilk görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. 

Qeyd edək ki, millimizin yer aldığı B qrupunda Seneqaldan əlavə,  Kamerun və Əfqanıstan yığmaları mübarizə aparır. Komandamızın növbəti matçı avqustun 10-da Əfqanıstan yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

???? ????????Azərbaycan!????