Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb. Pərviz Səmədovun baş məşqçisi olduğu yığma startda Sudanla qüvvəsini sınayıb. 

Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 25:13 hesabı ilə qalib gələn voleybolçularımız ikinci hissəni 25:20 hesabı ilə aktivinə yazıb. Üçüncü set isə 25:22 hesabı ilə xeyrimizə bitib. 

Qeyd edək ki, millimizin yer aldığı A qrupunda Sudandan əlavə,  Kamerun və Mərakeş yığmaları mübarizə aparır. Komandamızın növbəti matçı avqustun 11-də Kameruna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

???? ????????Azərbaycan!????