Yığmamız seçmə mərhələnin son matçında Danimarka kollektivi ilə qarşılaşıb.
                                  Azərbaycan Voleybol Federasiyası
Yığmamız seçmə mərhələnin son matçında Danimarka kollektivi ilə qarşılaşıb.

Bu gün kişi voleybolçulardan ibarət  Azərbaycan millisi Avropa çempionatının mərhələsində sonuncu oyununu keçirib. A qrupunda yer alan yığmamız seçmə mərhələnin son matçında Danimarka kollektivi ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb - 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

Yığmamızın yer aldığı A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AVRO-2023-ün təsnifat mərhələsi

A qrupu

 3 avqust

Azərbaycan - Danimarka 1:3 (22:25, 25:23, 16:25, 16:25)

6 avqust

Azərbaycan - Türkiyə 0:3 (11:25, 20:25, 16:25)

17 avqust

Türkiyə - Azərbaycan 3:0 (25:15, 25:16, 25:19)

20 avqust

Danimarka - Azərbaycan 3:0 (25:19, 25:19, 25:15)