Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb

Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan qadın voleybolçularımız qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. 

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək. 

AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. 

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
24 avqust
 17:00. Gürcüstan - Azərbaycan

Tbilisi “Yeni Voleybol Arena”