Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib
                                  Azərbaycan Voleybol Federasiyası
Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

Zülfüqarov bu gün İsrailin Hadera şəhərində qadın voleybolçular arasında keçiriləcək AVRO-2023-ün təsnifat mərhələsinin A qrupunun  İsrail – Xorvatiya matçında baş hakim olaraq oyunu idarə edəcək. Görüşdə ikinci  hakim funksiyasını türkiyəli Cevik Ramazan yerinə yetirəcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.