Voleybolçularımız növbəti oyununu sentyabrın 3-də Sloveniya kollektivinə qarşı keçirəcək
                                  Azərbaycan Voleybol Federasiyası
Voleybolçularımız növbəti oyununu sentyabrın 3-də Sloveniya kollektivinə qarşı keçirəcək

Avropa çempionatının təsnifat mərhələsinin D qrupunda mübarizə aparan qadın voleybolçularımız növbəti oyununu sentyabrın 3-də Sloveniya kollektivinə qarşı keçirəcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, millimiz 9 xalla qrup lideridir. 8 xala malik Sloveniya ikinci, 1 xalla Avstriya üçüncü yerdə qərarlaşıb. Sonuncu olan Gürcüstan yığması isə hələ də xal hesabını aça bilməyib. 

Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək.

D qrupu (qadınlar)
3 sentyabr
18:00. Azərbaycan -  Sloveniya 

Bakı . Voleybol Mərkəzi 
  CBC Sport efirində canlı yayımlanacaq

Giriş sərbəstdir