Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Komandamız bu gün Bakıdakı Voleybol Mərkəzində Sloveniya kollektivini qəbul edib. Görüş 25:11 hesabı ilə qonaqların qələbəsi ilə başlayıb. İkinci seti 25:19 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin 25:18, 25:21 və matçın qalib olub - 3:1. Beləkiklə ilk 4 turdan sonra xallarının sayını 11-ə çatdıran Sloveniya qrup liderliyinə yüksəlib. Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 7-də səfərdə Sloveniyaya qarşı keçirəcək.

Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək.