Mixail Frişmana növbəti dəfə etimad göstərilib
                                  Azərbaycan Voleybol Federasiyası
Mixail Frişmana növbəti dəfə etimad göstərilib

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdarə Təşkilatı Komissiyasının üzvü  Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Frişman Latviyanın paytaxtı Riqada qadın voleybolçular arasında keçiriləcək AVRO-2023-ün təsnifat mərhələsinin E qrupunun Latviya- İspaniya  matçına supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Bu gün Riqanın Olimpiya İdman Mərkəzində keçiriləcək qarşılaşmanın hakimləri polşalı Krol Piotr və rumıniyalı Tudor Popdur.

Qeyd edək ki, İspaniya-Latviya yığmalarının ilk qarşılaşması ispanların 3-1 hesablı qələbəsi ilə başa çatıb.