Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəni davam etdirir
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəni davam etdirir

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəni davam etdirir. 

Eldar Yusubovun rəhbərlik etdiyi milli çıxış etdiyi D qrupunda son matçını bu gün Avstriya kollektivinə qarşı keçirəcək. Şvexatda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:25-də start veriləcək. Bu qarşılaşma AVRO-2023-ə vəsiqə baxımından həlledici xarakter daşıyır. Bu matçın nəticəsinə görə Sloveniyanın ardınca qrup ikincisi olaraq 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcək komandanın adı müəyyən olunacaq. 

Qeyd edək ki,  2005-ci ildən başlayaraq Avropa çempionatının final mərhələlərinin daimi iştirakçısı olan millimizin ardıcıl 10-cu dəfə həlledici raunda yüksəlməsi üçün komandamıza 1 xal yetərlidir. 

AVRO-2023-ün final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək. 

Uğurlar Azərbaycan!!!