Azərbaycan millisi bu gün Vətənə qayıdıb
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan millisi bu gün Vətənə qayıdıb

Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Vətənə qayıdıb.

AVRO-2023-ə vəsiqə əldə etmiş yığmanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, idmançıların yaxınları, media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, AVRO-2023-ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparmış Eldar Yusubovun yetirmələri sentyabrın 10-da, son turda Avstriya komandası ilə üz-üzə gəlib. Şvexatda təşkil olunan matçda rəqibini 3:1 hesabı ilə məğlub edən voleybolçularımız Avropa çempionatının final mərhələsinə yüksəliblər.