Məşqçi-müəllimlərin beynəlxalq seminarı keçiriləcək. 
                                  Azərbaycan Voleybol Federasiyası
Məşqçi-müəllimlərin beynəlxalq seminarı keçiriləcək.

Sentyabr 16-dan 18-dək Makedoniyanın paytaxtı Skopyedə Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə məşqçi-müəllimlərin beynəlxalq seminarı keçiriləcək. 

Müxtəlif ölkələrin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən də 4 məşqçi - Yana Kuznetsova, Vadim Kutukov, Vladimir Larkin və Vüsal Qurbanov öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar. 

2 gün davam edəcək seminarda orta məktəb müəllimləri, aşağı yaş qruplarında məşq keçən məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.