CEV Məşqçilər Konvensiyası keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
CEV Məşqçilər Konvensiyası keçirilib

Sentyabr 14-16-da Makedoniyanın paytaxtı Skopyedə Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə FIVB miqyaslı CEV Məşqçilər Konvensiyası keçirilib. Konvensiyada tanınmış voleybol mütəxəssisləri taylandlı Kiattipong Radçatagriengkai və amerikalı Con Kessel müxtəlif ölkələrdən qatılan iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçiblər. 160-dan çox məşqçi-müəllimlərin iştirak etdiyi konvensiyada ölkəmizdən 4 məşqçi - Yana Kuznetsova, Vadim Kutukov, Vladimir Larkin və Vüsal Qurbanov qatılıblar. 

3 gün davam edən konvensiyada əsasasən orta məktəb müəllimləri iştirak ediblər ki, onların əksəriyyəti də aşağı yaş qruplarında məşq keçən mütəxəssislər olublar.