Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib
                                  Azərbaycan Voleybol Federasiyası
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov oktyabrın 12-də Rumıniyanın Qalati şəhərində kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələnin matçını idarə edəcək. 

Zülfüqarov “Qalati İdman Salonu”nda  baş tutacaq “Arkada Qalati” (Rumıniya) – “Hebar Pzardzik” (Bolqarıstan) klublarının qarşılaşmasında ikinci hakim olacaq.  Matçın birinci hakimi vəzifəsini sloveniyalı Blaz Markelj yerinə yetirəcək.