Seminar iştirakçıları ilə görüş keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Seminar iştirakçıları ilə görüş keçirilib

Avropa Voleybol Konfederasiyası (CEV) İdarə Heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov Makedoniyanın paytaxtı Skopyedə FIVB miqyaslı CEV Məşqçilər Konvensiyasına iştirak edən azərbaycanlı məşqçi-müəllimlərlə görüşüb. 

Görüş zamanı məşqçilər sentyabrın 14-16-da keçirilmiş seminar haqqında məlumat veriblər. Onlar bu cür dərsləri özləri üçün böyük təcrübə kimi qiymətləndirib, bundan ölkə voleybolunun fayda görəcəyini vurğulayıblar.  

Sonda Cəfərov konvensiyada iştirak edən məşqçilərimizə CEV Məşqçilər Konvensiyasının sertifikatlarını təqdim edib və onlara uğurlar arzulayıb. Federasiya rəsmisi qeyd edib ki, məşqçilərimiz bu cür beynəlxalq seminarlarda tez-tez iştirak etməli, öz təcrübələrini artırmalıdır.