Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq
                                  Azərbaycan Voleybol Federasiyası
Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq.

Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən Gözəlbəyli oktyabrın 19-da və 20-də Bakıda kişi voleybolçular arasında keçiriləcək “Murov” (AZE) - “Kitro Varazdin” (CRO) matçlarında hakimlərin işinə qiymət verəcək. 

“Voleybol Mərkəzi”ndə keçiriləcək oyunlarda birinci gün rumıniyalı Darius Dumitru Meska və litvalı Sergey Rodin, ikinci gün isə türkiyəli Deniz Demir və rumıniyalı Darius Dumitru Meska hakimlik edəcəklər.