Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb. O, bu uğura şərəfini qoruduğu "CSM Lugoj" komandasında imza atıb. 

Final matçında "CSO Voluntari" klubu ilə üz-üzə gələn  "CSM Lugoj" quru hesablı (3:0, 25:21, 25:23, 25:22) qələbə qazanıb. Bununla da voleybolçumuzun komandası Rumıniya Superkubokuna sahib çıxıb. 

Qeyd edək ki, bu, "CSM Lugoj"un qazandığı ilk kubokdur.