“Murov” klubu Azərbaycan Voleybol Federasiyası
“Murov” klubu "Holding Graz” ilə üz-üzə gələcək

 

Kişi voleybolçulardan ibarət “Murov” klubu "Holding Graz” ilə üz-üzə gələcək.

 

Çelenc kubokunda mübarizə aparan “Murov” klubu 1/16 final mərhələsində Avstriyanın  "Holding Graz”  komandası ilə üz-üzə gələcək. Hər iki görüş qarşılıqlı razılığa əsasən Bakıdakı Voleybol Mərkəzində keçirəcək. Noyabrın 8-də saat 19:00-da rəqib, ertəsi gün isə saat 18:00-da təmsilçimiz meydan sahibi sayılacaq.

Komandamıza uğurlar arzu edirik. 

 

08.11.2022

19:00. "Holding Graz”- “Murov”

09.11.2022

18:00. “Murov” - "Holding Graz”