Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/16 final mərhələsinin matçlarında supervayzer olacaq
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/16 final mərhələsinin matçlarında supervayzer olacaq

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/16 final mərhələsinin matçlarında supervayzer olacaq.

 

Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən Gözəlbəyli noyabrın 8-də və 9-da Bakıda kişi voleybolçular arasında keçiriləcək “Murov” (AZE) - "Holding Graz” (AUT) matçlarında hakimlərin işinə qiymət verəcək. 

 

“Voleybol Mərkəzi”ndə keçiriləcək oyunlarda ilk gün matçın birinci hakimi Butto Malek (İsrail), ikinci hakimi isə Yener Seçkin (Türkiyə) olacaqlar. İkinci gün isə türkiyəli Yener Seçkin birinci hakim, israilli İris Stojcic Fogel ikinci hakim vəzifəsini yerinə yetirəcəklər.