Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Həmyerlimiz bu gün CEV kubokun 1/16 final mərhələsinin matçını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında “Dinamo Bucuresti” (Rumıniya) və “SVG Lüneburg” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Husejnovic yerinə yetirəcək.