Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. 

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərovun və AVF-nin baş katibi Fərid Xəlilovun da iştirak etdiyi tədbir İtalyanın  Napoli şəhərində təşkil olunub.
Püşkatmada ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin də rəqibləri bəlli olub. Komandamız C qrupunda mübarizə aparacaq. Millimizin qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

 Həlledici oyunlar 2023-cü il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.