Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək

Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

Dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşanın seçmələri ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa komandası ilə qarşılaşacaq.

“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.
 
2 dekabr 15:00 Polşa – Azərbaycan
3 dekabr 20:00 Azərbaycan – Estoniya
4 dekabr 20:00 Latviya – Azərbaycan
5 dekabr 17:30 Azərbaycan -  Gürcüstan
6 dekabr 17:30 Ukrayna – Azərbaycan