Azərbaycan Voleybol Federasiyası
"İdman Festivalı - 2022"

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində idman festivalı keçirilir. Noyabrın 14-dən start götürən "İdman Festivalı - 2022"də 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi qatılıb. 

Azərbaycan Voleybol Federasiyasının (AVF) idmançı və məşqçi heyətinin də qatıldığı festivalda ilk 3 günündə Şəki Olimpiya İdman Kompleksində iştirakçılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, ustad dərsləri, həmçinin Şəki şəhərinə ekskursiya təşkil edilib.

Festival zamanı gənclər və idman naziri Fərid Qayıbov voleybolçularla görüşərək, onlarla xatirə şəkli çəkdirib. 

Qeyd edək ki, festivala noyabrın 19-da yekun vurulacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi #festival2022