Nərgiz İsmayılova Çempionlar Liqasının matçına təyinat alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Nərgiz İsmayılova Çempionlar Liqasının matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova təyinat alıb.

İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey DNİPRO" (UKR) - "CS Volei Alba BLAJ" (ROU) matçının supervayzeri olacaq. 

CEV-in bu matç üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri macarıstanlı Peter Szabo və fransalı Christophe Lecourtun işinə qiymət verəcək.

Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.